Ermənistanda koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır

Ermənistanda koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır

Ermənistanda son sutka ərzində daha 189 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” “newsarmenia.am”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 4 472-yə çatıb.

Koronavirusdan 60 nəfər vəfat edib. 1 925 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 2 463 nəfərin müalicəsi davam etdirilir.

Ölkədə ümumilikdə 40 230 koronavirus testi aparılıb. 






Fikirlər