Koronavirus qurbanlarının sayı 343 mini KEÇDİ...

Koronavirus qurbanlarının sayı 343 mini keçdi

Dünyada pandemiya ərzində koronavirusa 5 397 305 yoluxma halı aşkarlanıb. 343 584 nəfər bu virusun qurbanı olub.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, ümumilikdə COVID-19 infeksiyasına yoluxmuş 2 236 294 insan sağalıb.

Hazırda 2 817 427 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 540-nın vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.






Fikirlər