Dünyada koronavirusa yoluxanların sayında növbəti REKORD...

Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 465 322 nəfər artıb. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.

Daha əvvəlki rekord göstərici oktyabrın 23-də qeydə alınmışdı – 445 419 yoluxma halı.

İndiyədək bütün dünyada ümumilikdə 42 055 863 nəfərdə koronavirus aşkarlanıb, 1 141 567 nəfər bu virusun qurbanı olub.






Fikirlər