Müdafiə naziri işdən azad edildi – Korrupsiyaya görə

3929f146-03f3-4211-86a7-05330939d3dc_292Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin müdafiə naziri Abibilla Kudayberdiyevi tutduğu vəzifədən azad edib.
“Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumat görə, bir müddət öncə A.Kudayberdiyev barəsində cinayət işi açılıb. O, Müdafiə Nazirliyinə ayrılan büdcə xərclərindən qanunsuz istifadə etməkdə və korrupsiyada ittiham olunur.
Nazir vəzifəsi səlahiyyətlərini müdafiə nazirinin birinci müavini Zamirbek Suerkulov icra edir.






Fikirlər