Bəşər Əsəd razılıq verdi – Seçkiyə gedir

Suriya lideri Bəşər Əsəd növbədənkənar seçkilərə getməyə razılıq verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada deputatlardan ibarət nümayəndə heyətinin üzvü Aleksandr Yuşenko Bəşər Əsədlə görüşündən sonra açıqlayıb.

Onun sözlərinə görə, Əsəd Konstitusiyaya dəyişikliyi müzakirə etməyə, parlament seçkiləri keçirməyə və Suriya xalqı lazım bilərsə, prezident seçkilərinə də getməyə hazır olduğunu bəyan edib.

Yuşenko onu da bildirib ki, Bəşər Əsəd özünə və gücünə çox arxayındır.






Fikirlər