Rusiyada koronavirusa yoluxanların sayı 9 milyonu ötdü ...

Rusiyada koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

Rusiyada son sutka ərzində daha 39 256 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Yenisabah.az-ın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 031 851 nəfərə çatıb.

Son sutka ərzində 1241 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 254 167 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniydan sonra üçüncü yerdə gəlir. 






Fikirlər