ABŞ-da bir gündə koronavirusa 1 milyondan çox yoluxma qeydə alınıb

ABŞ-da bir gündə 5 000-ə yaxın insan koronavirusdan öldü - YENİLƏNİB | Report.az

ABŞ-da koronavirus (COVID-19) infeksiyasına 1 milyondan çox yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiya başlayandan bəri bir gündə qeydə alınan ən yüksək rəqəmdir.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin açıqladığı statistikada bildirilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi isə bildirib ki, ölkədə son bir gündə 100 mindən çox koronavirusa yoluxan şəxs xəstəxanalara yerləşdirilib. Hazırda reanimasiya şöbələrində 18,5 min pasiyent müalicə alır.

İndiyədək ölkədə ümumilikdə 56 milyondan çox şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 mindən çoxu vəfat edib. ABŞ bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.






Fikirlər