RUSİYA ORDUSU BÖYÜK İTKİLƏR VERİR - 27 təyyarə, 7 helikopter, 24 tankı məhv edilib + VİDEO (Yenilənib)

Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Federasiyasının 27 bombardmançı təyyarəsi, 7 hərbi helikopteri, 24 tankı, 20 BMP-si məhv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin Ukraynada olan əməkdaşı məlumat verib.

Həmçinin, bildirilib ki, hazırda Sumı vilayəti ərazisində şiddətli döyüşlər gedir. Belə ki, bu istiqamətdə Rusiya Federasiyasının bir bölüyü əsir düşüb, Ukrayna tərəfindən isə üç nəfər həlak olub, üç nəfər ağır yaralanıb.

Daha ətraflı sujetdə:

 

 

***

Ukraynanın Rusiya ilə sərhədindəki Sumı Vilayətində ağır döyüşlər gedir.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Ukrayna Quru Qoşunları komandanının sözçüsü Alen Şevtsov məlumat yayıb.

Xəbərdə deyilir ki, vilayətin Qluxova rayonunda gedən döyüşlərdə ukraynalı hərbçilər “Javelin”-lərdən istifadə edərək, Rusiya hərbi texnikasından ibarət olan kolonu məhv ediblər.

Komandanlıq həmin döyüşlərdə 15 tankın məhv edildiyini bildirir.






Fikirlər