İlon Mask dünyanın ən varlı adamıdır - "Forbes"

 İlon Mask dünyanın ən varlı adamıdır -

“Tesla”nın ən böyük səhmdarı, sərvəti 219 milyard dollarla qiymətləndirilən İlon Mask dünyanın ən varlı adamı olub.

Yenisabah.az xəbər verir ki, bunu "Forbes" jurnalının dünyanın ən varlı adamlarının reytinqi sübut edir.

Keçənilki reytinqdə o, 151 milyard dollarla ikinci yerdə qərarlaşıb. Son 12 ayda Mask 68 milyard dollar varlanıb. Bu, ona ən yaxın rəqibindən yan keçməyə imkan verib - "Amazon"un qurucusu Ceff Bezosun sərvəti 171 milyard dollar qiymətləndirilir ki, bu da bir il əvvəlkindən 6 milyard dollar azdır.

Maskın əsas aktivləri elektrik avtomobil istehsalçısı "Tesla"dakı paylardır. O, 172,6 milyon, yaxud şirkətin səhmlərinin 17%-nə və "SpaceX" kosmik şirkətinin səhmlərinin demək olar ki, 44%-nə sahibdir.

Biznesmenin sözlərinə görə, 2021-ci ildə o, 11 milyard dollardan çox vergi ödəyərək ABŞ-ın ən böyük vergi ödəyicisi olub.

Mask ilk biznesinə 1995-ci ildə "Zip2" şirkətini quranda başlayıb. İlk dəfə o, 2012-ci ildə "Forbes" siyahısına düşüb. 






Fikirlər