SSRİ bayrağı qalmaqalı davam edir - Yeni sədr istefa verdi + FOTO
Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı qaldırılan SSRİ bayrağı və "Georgi lenti"nə görə rayonun Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən kənarlaşdırılıb. AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, Saleh Səmədovun yerinə müvəqqəti təyin olunan Vahid Tağıyev də dünən müvəqqəti icra etdiyi İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən istefa verib. Bununla bağlı istefa ərizəsini o sosial şəbəkədə paylaşıb. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevə ünvanladığı müraciətdə xahiş edib ki, onu İmişli rayon Ağsaqqallar Şurasının sədri və şura üzvlüyündən azad etsin.