Yeni müharibə xəbərdarlığı

 

d276c2c879af0296142c1de4ce007ffe“Avropa dövlətləri arasında sərhədlərin möhkəmləndirilməsi gərginliyi artıracaq və hərbi eskalasiyaya səbəb olacaq”.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel deyib.
Kansler qeyd edib ki, Macarıstanın sərhəd məhdudiyyəti insanları Xorvatiya, Sloveniya və Rumıniya vasitəsilə digər ölkələrə yol tapmağa vadar edib: “Almaniya da Avstriya ilə sərhədi bağlasa, eyni vəziyyət yaranacaq. Bu isə Avropa İttifaqında heç kimə lazım deyil”.
Merkelin sözlərinə görə, Avropa İttifaqının ən böyük ölkəsi olan Almaniya Avropa həmrəyliyi prinsiplərinə cavab verəcək həll variantını tapmalıdır. Qaçqın axını ilə bağlı Balkan yarımadasının qərbində gərginliyin artdığını deyən kansler məsələ ilə bağlı Balkan konfransının çağırılacağını istisna etməyib: “Çünki orada yenidən müharibənin baş qaldırmasını istəmirəm”.

 






Fikirlər