"Kremlə qarşı amansız olacağıq..." - Avropa Komissiyasının sədri Moskvaya meydan oxudu

"Avropa İttifaqı Rusiyanın enerjidaşıyıcılarından imtina etməkdə tam qərarlıdır..."
 
"Bu, təkcə Ukraynaya qarşı müharibə deyil, həm də bizim energetikamıza, iqtisadiyyatımıza, dəyərlərimizə və gələcəyimizə qarşı müharibədir..."
 
"Putin uduzacaq, Ukrayna və Avropa udacaqdır..."
 
"Sanksiyalar qüvvədə qalacaq, indi güzəştlər deyil, qətiyyət zamanıdır..."
 
Avropa İttifaqı Putinin qaz şantajına sərt cavab verib...
 
Avropa İttifaqı Rusiyanın enerjidaşıyıcılarından imtina erməkdə tam qərarlıdır, çünki Rusiya prezidenti Vladimir Putinin onları Avropaya qarşı iqtisadi müharibənin silahına çevirdiyi qənaətindədir.
 
Avropa İttifaqı qaz blokadası şəraitində qışı necə keçirmək, əhaliyə və biznesə necə dəstək vermək barədə yeni plan təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen bəyan edib. Məlumatı "Vaşinqton post" qəzeti yayıb.
 
Onun fikrinə görə, bu gün Avropanın son yarım əsrdə ən miqyaslı energetika böhranını keçirməsinin günahkarı Putindir, bu böhran dünyanın ikinci ən iri iqtisadiyyatına yarım trilyon avrodan çox baha başa gəlib.
 
Hələ qış gəlməyib, istilik mövsümü qarşıdadır, artıq qazın qiyməti ötən ildəkindən 10 dəfə artıb.
 
"Rusiya fəal surətdə energetika bazarı ilə manipulyasiya edir, - Avropa Komissiyasının prezidenti Avropa Parlamentinə və Avropa İttifaqı ölkələrinin 450 milyon vətəndaşına illik müraciətində deyib.
 
"Rusiya təkcə Ukraynaya qarşı müharibə törətməyib. Bu, həm də bizim energetikamıza, bizim iqtisadiyyatımıza, bizim dəyərlərimizə və gələcəyimizə qarşı müharibədir. Bu qarşıdurmada Avropa İttifaqının 27 ölkəsindən dözüm və həmrəylik tələb olunacaq. Bunu Avropa Komissiyasının elan etdiyi yeni plan möhkəmləndirməlidir. O zaman qələbəyə zəmanət vermək olar", - fon der Lyayyen buna əmindir.
 
"Putin uduzacaq. Ukrayna və Avropa udacaqdır", - o, belə deyib və Ukraynaya şəksiz dəstək verəcəyini, Kremlə qarşı amansız olacağını vəd edib.
 
"Sanksiyalar qüvvədə qalacaq. İndi güzəştlər deyil, qətiyyət zamanıdır".
 
Avropa Komissiyasının yeni planı üç məsələni həll etməlidir: elektrik enerjisinin istehlakının azaldılması, qiymətlərin cilovlanması, əhaliyə və biznesə dəstək üçün pulların tapılması.
 
Brüssel məmurlarının ilkin təkliflərinin heç də hamısı blokun 27 ölkəsi hakimiyyətləri tərəfindən anlaşıqlı qarşılanmayıb, ona görə də fon der Lyayyen yalnız ötən həftə energetika nazirləri tərəfindən dəstəklənən təkliflərlə kifayətlənib. Onların sayı üçdür.
 
1) energetika şirkətlərinin əlavə gəlirələrinə vergi tətbiq etmək; onlar 5 dəfə artıq gəlir əldə edib, amma biznes-sfrateqlərin ağlı və ya ya cəsarətilə deyil, ona görə ki, Putin əvvəlcə Avropanı ac qaz payokuna düçar edib, sonra isə Ukraynaya qarşı müharibə törədib, nəticədə sanksiyalarla üzləşib;
 
2) nüvə və bərpa edilən elektrik enerjisinin qiymətlərinin son həddini müəyyən etmək. Belə istehsalçılar qaz sərf etmir, onu qaz elektrik stansiyalarının qiymətilə satır, çünki bazar eynidir;
 
3) hamıya pik saatlarında elektrik enerjisinin istehlakını azaltmağı tapşırmaq; bunu nə dərəcədə və məhz kim tərəfindən edilməsi sonradan dəqiqləşdiriləcək.
 
Vergi qismində toplanan 140 milyard avronu Avropa İttifaqı ölkələrinin hakimiyyətləri sosial cəhətdən az təminatlı vətəndaşlara paylamaq və kritik mühüm biznes, xəstəxana və məktəblərin subsidiyalaşmasına yönəltmək niyyətindədir.
 
Yeni planda ən radikal təklif Rusiya qazının qiymətinə son həddin müəyyən edilməsidir.
 
Bu ideya səsləndirilən kimi, Putin onu "tamamilə küt qərar" adlandırıb, qazı və bütün enerji resurslarını kəsməklə təhdid edib: 
 
"Ümumiyyətlə, heç nə tədarük etməyəcəyik, nə neft, nə kömür, nə də mazut".
 
Putin deyib ki, Avropanın çıxış yolu yoxdur, qoy yaxşı düşünsünlər.
 
"Böhran əleyninə yeni tədbirlər paketi Avropa İttifaqı üçün nailiyyətdir, bu, Rusiyadan qopmağın ümumi yolun nümayişidir", - bunu Euarasia Group-da Avropa üzrə ekspert, professor Mic Rəhman deyib. - Rusiyanın Avropanın aparıcı enerjiresursları tədarükçüsü kimi günləri bitmək üzrədir".






Fikirlər