"Belə davam etsə bizim ölkəmiz olmayacaq" - Ter-Petrosyan

Ermənistanın keçmiş prezidentləri  L. Ter- Petrosyan- R. Koçaryan və S. Sarkisyan Bütün Ermənilərin Katolikosu II  Garegının aracılığı ilə bir araya gəldilər. Bu görüşdə separatçı Qarabağ  rejiminin vaxtilə başında olmuş Arkadi Guqasyan və Bako Sahakyan da iştirak etmişlər.
Rəsmi olaraq bu görüşdən çox məhdud informasiyalar yayıldı və qeyd edildi ki, onlar bundan sonra da belə görüşlərini davam etdirəcəklər. Erməni cəmiyyətini maraqda qoyan bu görüşdə hansı məsələlərin müzakirə edilməsidir. Ehtimal ki, keçmiş prezidentlər ölkədəki durumu və Paşinyan hakimiyyətinin son zamanlar apardığı siyasətin Ermənistan üçün gətirəcəyi nəticələrdən narahatdırlar. Keçmiş prezidentləri narahat edən Paşinyanın son zamanlar Qərblə Rusiya arasında təhlükəli oyunlarıdır. Artıq iş o yerə gəlib çatmışdır ki, Paşinyan ABŞ-ın və bəzi Avropa ölkələrinin Azərbaycanın əleyhinə siyasətindən ürəklənib və Rusiyaya qarşı aparılan “küçə siyasətini “ dövlətin mövqeyinə yaxınlaşdırıb.
 

 

Nə baş verir?  Ermənistanın İctimai Televiziyasına bu görüşlə bağlı Ter- Petrosyanın verdiyi müsahibənin maraqlı olacağını düşündük.
 
Moderator.az oxucular üçün müsahibəni tam şəkildə və olduğu kimi tərcümə edib. Həmin müsahibəni təqdim edirik:
 
Müxbir: Bu gün biz Ermənistanın birinci prezidenti Levon Ter- Petrosyanla söhbət edəcəyik. Xoş  gördük cənab prezident.  Dəvətimizi qəbul edib verilişə gəldiyinizə görə minnətdaram. Cənab prezident,   Beş keçmiş prezidentlər  Bütün Ermənilərin Katolikosu ilə  bir araya gəldiniz, amma rəsmi məlumatın içəsində bu görüşlə bağlı heç bir mesaj  ifadə edilmədi. Nə üçün?
Toplaşdılar, danışdılar, ayrıldılar...
 
 Ter- Petrosyan: -Mesaj vardı. Bizi narahat edən ölkənin ağır durumudur. 
 
 Müxbir: Görüşün səbəbi bu idimi?
 
 -Rəsmi məlumatda da vardı,  bəlkə yox idi?
 
- Görüşdünüz, ayrıldınız..
 
-   İkincisi isə , orada var ki,  qərara alındı ki, bu görüşlər davam etdirilsin.
 
- Nəyi müzakirə etmisiniz, açıqlaya bilərsinizmi?
 
- Nəyi müzakirə etmişik? Öncə onu deyim ki, bu formatı tətbiq eləmək nədən doğdu?  Sentyabrın 18-də Ruhani lider mənim yanıma ziyarətə gəlmişdi, oturduq, uzun uzun danışdıq.  Düşdüyümüz durumla bağlı, təhlükələrlə bağlı , bu durumdan çıxmaq yolları ilə bağlı danışdıq . və qərara gəldik ki, belə bir formatda görüş keçirək. Katolikos qərara gəldi ki, bu görüşlərin davam edəcəyi təqdirdə bu işi Ümumerməni  məsələsinə çevirmək üçün Kilikiya   Katolikaosu  I.Aramı da Ermənistana dəvət etsin.  Gördüyünüz kimi bu iş baş tutdu, mən dini liderimizin bu işdə katkısını və səylərini yüksək qiymətləndirirəm.  Bu müsbət addımdır, bu günki həyatımız da belə  müsbət xətti- hərəkətlər çox azdır. Ən  olumlu cəhət o olar ki, başlanan bu işin müəyyən nəticələri olsun, bundan isə ümidsiz deyiləm . Əgər bilmək istəyirsinizsə  görüşün təşkili ilə bağlı mənim mövqeyim və baxışım nəydi, yazılı olaraq sizə göstərə bilərəm. Mən  bu görüşün nəticəsi kimi yayınlanacaq  təklif mətnimi də hazırlamışdım. Sizə maraqlıdırsa onu indi oxuyaram.
 
- Nə üçün yayınlanmadı? 
 
- Deyəcəm, deyəcəm, çünki başqa mətnin qəbul olunması qərara alındı. Bu isə mənim cibimdəydi.
 
- Səsverməmi oldu?
 
- Bu gün sentyabrın 22-də Ana Taxt Müqəddəs Eçmaidzində  II Gareginın iştirakı ilə Ermənistanın və “DQR”ın keçmiş prezidentləri Ter- Petrosyan, R. Koçaryan, S. Sarkisyan, A. Qukasyan, B. Sahakyan arasında görüş keçirilmişdir. İndi məzmunu: Bizim ölkəmizin indiki durumda qarşısında duran ciddi problemləri nəzərə alaraq  və onları həll etmək üçün ağrılı qərarları vermək üçün  görüş iştirakçıları hesab edirlər ki, günün ən vacib işi xalqın toparlanmasında hakimiyyət və müxalifətin  konstruktiv dialoqunun başlanmasıdır.
 
- Bu idi mənim mövqeyim...
 
- Əgər sirr deyilsə kim idi qarşı gedən?
 
- Bilirsiniz bu daxili söhbətdir və onu açıqlasaq, biz işimizi korla bilərik  
 
- Siz ümid edirsiniz ki, hakimiyyətlə müxalifət bir masa arxasında oturub müzakirə etməlidirlər?
 
- Burada belə yazılıb, amma onu açmaq da olar. Hamı üçün aydın idi mənim təklifim. Mənim mövqeyim belə idi. Biz elə bir taleyüklü vəziyyət  qarşısında qalmışıq ki,  bütün keçmiş dartışmalar, mübahisələr geridə qalmalıdır, zamanında  aramızda olan indi ziddiyətli məqamlara enməməliyik, edilən işlərin üstündən də xətt çəkmək doğru deyildir. Elə bir an gəlmişdir ki, biz bir araya gəlməliyik. Bin neçə gün öncə biz burada Tatulla (  Tarixçi Tatul Hakopyan)  birlikdəydik . O bir misal gətirdi, çox parlaq örnək idi və doğruydu. Kommunistlərlə Daşnaklar bir biri ilə müharibə belə etmişlər , amma elə bir an gəldi ki, nə olacağı bəlli idi və onlar arasında anlaşmazlıqlar aradan qaldırıldı , baş nazir Vratsyanın başçılığı ilə elə bir həll yolu tapdılar ki, o bizə 101 illik barış gətirdi. 1920-ci ildən 2021-ci ilə qədər. O 101 il ərzində xarici ölkə əsgərinin ayağı Ermənistana girməmişdi. İlk dəfə keçən ilin sentyabrında girdi. Deyəsən sentyabr deyildi, Azərbaycanın əsgərləri ilk dəfə Ermənistan ayaq basdılar. 71 il Ermənistan sülh içərisində yaşama  imkanı əldə etdi. Böyük Vətən müharibəsini nəzərə almıram, bu müharibədə biz 300 min nəfər itki verdik. Bu müharibə Ermənistanın ərazisində deyildi.  71 il içərisində Dövlət yaratdıq, millət olduq. Mən Sovet Ermənistanın rolunu da qiymətləndirirəm. Sovet Ermənistanı olmasaydı, bu üçüncü respublika ola bilməzdi. Buna baxmayaraq ki, biz Komunist ideologiyasına necə baxırdıq, bununla belə Ermənistanda bir bir dövlər strukturu formalaşdırıldı, kadrlar yetişdi, iqtisadi sistem quruldu. Bilirsinizmi İlk Erməni respublikası zamanı nazirlər, müxtəlif rəhbərlər olsa da ən  sadə şeylər olmayıb, savadlı adamlar olmayıb, katiblər belə olmayıb. Biz isə bütünlüklə dövlət oluşumunu əldə etdik. Daşnakların və komunistlərin bir birinə qarşı siyasi çəkməməzliklərinin olmasına   baxmayaraq dövlət əldə etdik
 
- İndi deyirsiniz ki, həmin andır ki, vəziyyətdən çıxaq ?
 
- İndi həmin andır.
 
- Nə verəcək o?
 
- Bizi çətin çözümlər gözləyir. Ağrılı qərarlar gözləyir. Azərbaycanla və Türkiyə ilə müqavilələr  imzalanmalıdır.  Ola bilsin bu bizi təmin etməsin. Elə bir an gəlmişdir ki, başqa seçim də yoxdur. Əgər sənəd imzalanmırsa, bilirik ki, onlar bizi nə  qədər sevirlər,  demək bu iki qonşularla uzlaşma yoxdur. Biz indi o 70 illik gerçəklikləri yenidən bərpa edə bilmərik . İndi daşı daş üstünə qoymaqla yeni dövlət qurmalıyıq . Çalışmalıyıq və bu ölkəni abad etməliyik
 
- Cənab prezident, sizin görüşünüzdən sonra Koçaryana bağlı saytlar, teleqram şəbəkələri yazdılar ki,  prezidentlərdən biri, yəni  iştirakçılardan biri təklif edib ki,  Ermənistan kapitulyasiya aktına imza atmalıdır. Bu həmin prezidentdir ki, bir vaxtlar Artsaxı təslim etməyi təklif etmişdi.
 
- Kim yazıbsa onu təbrik edirəm, amma mən şərh etmirəm. Nə istəyirlər qoy yazsınlar, nə istəyirlər desinlər. Bu onların işidir. Amma mən məramımızı deməmişəm. Əgər müzakirələrə oturuqsa,nəyin ətrafında danışacağız, mənim təklifim o idi deyilmi?   biz hakimiyyətlə , Paşinyanı nəzərdə tuturam , onunla danışmalaıyıq. Nə üçün tarixdən örnək gətirdim?  Mən özüm də,  bütün ictimaiyyətimiz, müxalifətimiz, politoloqlar, analitiklər də hansı proseslərin getdiyi ilə bağlı informasiaysızıq. O informasiyaya yalnız Nikol Paşinyan malikdir. Yalnız o. Bir nəfər. Ola bilsin bu informasiyanı ətrafındakı  bir kiçik qrupla paylaşır, amma bütün partiya üzvləri ilə deyil, ictimaiyyətlə deyil. Partiyanın Ali orqanı və Fraksiyalarla da bölüşmür.  Nikol və bəlkə də iki üç adam bütün həqiqətləri bilirlər. Bilirlər ki, Rusiya onlara nə təklif edir, Türkiyə nə təklif edir, Amerika onlara nə deyir, hansı məsləhətləri verir . Nə mən, nə Robert  Koçaryan , ya da Serj Sarkisyan bu informasiyalara malik deyilik. Həll yollarını tapmaq üçün qarşılıqlı etimad ifadə etməliyik. Bu görüşmələr konfedinsial olmalıdır, işin irəli getməsi üçün  doğru və ya yanlış fikirlər  ifadə edilməməlidir.  Təkliflərin əsas məğzi nədir? Məğzi odur ki, müxalifətin böyük hissəsi istəyir ki, Paşinyandan xilas olmaqla  Azərbaycandan gözlənilən  təhlükələri dəf edə   bilsinlər. Bu sadəlöhvlükdür. Kim gəlsə bəlkə də daha pis sənəd imzalayacaq.
 
-   Ağlabatandırmı? 
 
-   Ağlabatandır. Çünki onlar  əsaslandıra bilməyiblər ki, gəldikləri təqdirdə daha yaxşı olacaq
 
- Onlar  məsələni belə əsaslandırırlar ki, qoy o getsin, biz gələndən sonra durumu dəyişdirəcəyik
 
- Mən də deyirəm ki, siz bilmirsiniz, dediyim o informasiya sahib deyilsiniz. Bilmirsiniz ki, bu gün Ermənistandan nə  tələb olunur, onu mən də bilmirəm, o informasiyalara mən də o biri prezidentlər də malik olsalar anlayardıq ki, ən yaxşı çözüm nədir. Bundan sonra bütün variantlar bizim üçün pis olacaqdır. Problem ondadır ki,  belə görürəm ki  , həmin pis variantlardan ən  az acı olanını seçməliyik. Bizim öncəliyimiz bu olmalıdır, ən az ağrılısını seçmək. Bunu anlamaq üçün bir həmin informasiyalara malik olmalıyıq.  Onun da tək sahibi Paşinyandır, başqa heç kim.
 
Paşinyan da həmin sənədi imzalamaqdan qorxur. Bunu siz daha yaxşı bilirsiniz , çünki çoxları ilə əlaqələriniz olur. Hansı sənədi imzalasa ona “xain “,  “türk” nə bilim daha nələr deyəcəklər. Nə imzalasa belə. 100 faiz belədir. Mən bununla onlar hansı məqsədləri güdürlər, bu qarışıq işlərə toxunmaq istəmirəm. Bu mənim sahəm deyil. Mənim zənnimcə biz Paşinyana əl uzatmalıyıq, bu yola girmişiksə və həmin ən az ağrılı variantı seçmək üçün birlikdə yol aramağa başlamışıqsa  məsuliyyəti də öz üzərimizə götürməliyik. Mən buna hazıram. Hazıram. Həmin anlaşmalara görə məsuliyyəti öz üzərimizə götürməliyik . Budur. Amma hər iki tərəfdən görünməmiş dürüstlük tələb olunur. Bütün  pariya və karyera maraqlarını bir tərəfə qoymalıdırlar.  Onları da bilirəm ki, Paşinyandan qurtulandan sonra prezident olmaq istəyi var. Məlum olaylardan başqa hərə meydanların birinə bir tribuna qoyub və özünü lider görür. Nəinki lider,  özünü ölkənin rəhbəri hesab edir. Budur mənim mülahizələrim. Mən  bu məsuliyyətdən qorxmuram. Məncə anlaşılan şəkildə aydınlaşdırdım
 
- Anlaşılandır cənab prezident, amma hər şey bəllidir, onlar yəni Azərbaycan   ən azından bizdən ikicə gəlmə istəyirlər. Artsaxın Azərbaycanın tərkibində olması və  koridor verilməsi
 
- Mən detallara enmək istəmirəm . Bunlardan o qədər danışılıb ki... demək də olar, ola bilər mümkün olsun, ya olmasın. Mən bilmirəm. Boş söhbətlərdi  onlar
 
- Düzmü başa düşdüm. Biz o sənədi imzalamağa məhkum olunmuşuq... 
 
- Dünyada iki  elə qonşu dövlət yoxdur ki, aralarında anlaşma olmasın
 
- Anlaşma yoxsa kapitulyasiya?. 
 
- Bizdən daha nəhəng dövlətlər var ki, kapitulyasiya aktına imza atıblar. əvvəllər də demişəm. Bu kapitulyasıdırmı? Bəli. Ermənistan kapitulyasiyaya məhkum olub. Bizə hansı şeylər tətbiq olunacaq, ola bilsin ki, bəzi nüanslar olsun. Rusiyanın təklifi bir cür olsun, Amerikanınkı başqa cür, amma son nəticədə biri qalib gələcək, biri keçəcək. Nə olmuş, burda nə var. Məgər Yaponiya kapitulyasiya məruz qoyulmayıb. Bu bizim arzumuzla olmayıb. Şərait elə tələb edib. Bizim rəqiblərimizin aqressivliyi,  bizim hakimiyyətimizin buraxdığı səhvlər bu vəziyyəti doğurmuşdur. Desəm ki, mən də minbir səhvlərə yol vermişəm, amma mənim səhvlərim bu istiqamətdə olmayıb, əksinə ilk adamlardan idim ki, deyirdim bunun yeganə yolu budur
 
- Sizi ittiham edirlər ki, bu siyasəti sonuna qədər apara bilmədiniz
 
- Amma kim qoymadı ki, aparam. Kim qoymadı?
 
- Siz prezident idiniz.
 
- Bu salonda mən onu izah etmişəm. Əgər mən müqavimət göstərsəydim vətəndaş müharibəsi düşərdi. Bir qüvvə də vardı ki, tərəfsizliyi qoruyub saxlaya bilərdi, o da öz əhəmiyyətini itirmişdi. O bizim ziyalı kəsimimiz idi
 
- Baxın , mən keçmiş xarici işlər nazirləri Raffi Hovhannisyanın, Vardan Oskanyanın,  Ara Ayvazyanın,  onların müavinlərinin , diplomatların, analitiklərin, ziyalıların yazdıqlarını oxudum, onların hamısı deyirlər ki, Artsaxın taleyinin həlli millətlərin öz müqəddaratını təyin etmə prinsipləri ilə olmalıdır və bu  norma  müzakirə predmeti ola bilməz . Artsaxın təhlükəsizliyinin təminatçısı Artsaxın  muasir ordusudur. Ermənistan ordusunun müdaxiləsi ilə onun təhlükəsizliyi təmin olunmalıdır. Siz bütün bunlara inanmırsınızmı?
 
- Siz inanırsınız?
 
- Mən qərarlara təsir etmək imkanına sahib deyiləm... 
 
- Mən təsir edə bilərəm?
 
- Bəli
 
- Kimə təsir edə bilərəm indi 
 
- Budur ( oxuduğu mətni göstərir) cəhd etmişəm . Görək bunun davamı olacaq, ya yox?
 
- Siz bu beynəlxalq hüquqların olmasına inanmırsınız?
 
- Onlar  yüz dənə belə şeylər yaza bilərlər. Bizim bütün şərhlərimiz mülayimdir
 
- Onlar sıravi şərhçilər deyillər
 
- Nə  fərqi var. Dediyiniz adamların az əvvəl saydığımız politoloqlardan analitiklərlərdən nələrlə fərqləndirilir. Onların heç biri deyə bilməzlər ki, mən bu sualı bilmirəm, onlardan belə cavab ala bilməzsiniz. Nə sual versəniz cavab verəcəklər. Məsələn,istədiyinizə  Burkino Faso ilə bağlı sual verin, dərhal cavab verəcəklər.  Bu,  təxribatçı bir traktatdır. Mən o şeyləri heç oxumuram belə, eyni tarixçədir, onlar da yetərli infarmasiyaya malik deyillər. Dedim artıq, Paşinyandan başqa heç kim , bəlkə məhdud ərtafından başqa heç kəs heç nə bilmir. Gəlib deyə bilər ki, mənə Putin belə dedi,  Bayden elə dedi. Mən hardan bilim ki, onları deyiblər ya yox
 
- Sizə nə mane olur ki, bu beşliklə görüşə çağırasınız və... 
 
- Kimi ?
 
- Paşinyanı .
 
-   Mən elə onu deyirəm də. Bir daha oxuyum (oxuyur) , elə mən onu deyirəm də. Bilməliyik ki, biz nəyə hazırıq. Mən hazıram. amma hər şey təkcə mənim hazır olmağımdan asılı deyil. İstər Paşinyan , istərsə də o birilər siyasi güclərdir, partiyaları var, onların nüfuzu var, onlar instutisonal güclərdir. Biri hakimiyyətdir, digərləri isə bir neçə partiya var, parlament fraksiyaları  olanlardır.
 
- Mən qorxuram ki, proseslər sizin əksinizə doğru gedə, xatırlayırsınızmı mitinqlər düzənləyirdilər və sizə də xain deyirdilər. Sonuncu müharibə zamanı da belə mitinqlər təşkil olunurdu və deyirdilər ki, çevriliş etmək lazımdır.
 
- Bunlar hamısı artıq tarixdir. Bunları bilirik, görmüşük. 
 
- Mən indini deyirəm. 
 
- Indi də onu edirlər. İndi mən  yalnız sizə deyil, bütün siyasi xadimlərə, toplumun bütün kəsimlərinə deyirəm. Əgər siz daha yaxşı həll yolu bilirsinizsə, diqqətlə dinləyirəm , söyləyin. Mən bunun başqa yolunu görmürəm 
 
- Mən deyim.  Deyirlər ki, Paşinyan müharibədə uduzub, o effektiv danışıq apara bilməz, yerinə daha effektiv danışıq aparan gələr, iqtisadiyyatı inkişaf etdirər, ordunu gücləndirər, Rusiya ilə yaxşı münassibətdə olar... Əsas tezislər bunlardır
 
- Taftalogiya olacaq deyəcəklərim. Belə suallara  cavab verməyəcəyəm. Mən öz baxışımı bildirirəm.  Onların məndən min bir dəfə yaxşı proqramları ola bilər. Qoy eləsinlər. Belə  yanaşma ilə biz vəziyyətimizi daha da  çətinləşdirərik. Az-çox vəziyyətdən çıxamağa imkanlar varsa, onlar buna mane olurlar. Ölkə içində bu qarışıqlar davam edərsə, əgər hamı özünü Ermənistanın prezidenti hesab edərsə və s. bunlar  durumu daha da ağırlaşdırırıq. Biz zəifləyəcəyik və Türkiyə və Azərbaycanın tələbləri də artacaq. Buyursunlar, davam etdirsinlər, Belə davam etsə bizim ölkəmiz olmayacaq. Olmayacaq.
 
- Cənab prezident, bunun əks tezisi odur ki,  siz deyirsiniz ki, baxaq görək onlar nə istəyirlər və onun ən uyğununu seçək və imzalayq. Doğrumu başa düşdüm.?
 
- Yox, mən elə demirəm. Baxaq həmin  həll variantlarından ən az ağrılı olanı seçək deyirəm
 
-   Müxaliflər deyirlər ki, bu həll yoluna getməklə istəkləri azalda, prosesi dayandıra bilməzsən. Yenə sənin dalınca gələcəklər, yenə istəyəcəklər...
 
- Siz Kokordosun hekayəsini bilirsinizmi?  Bu bir erməni anekdotudur.  O gəmi səfərinə çıxır, qayıqlar verirlər, üzmə geyimləri daha nə bilim nələr. O soruşur ki, birdən dəniz quldurları hücum etsə nə edəcəm  , deyirlər ki, düdük  cibində olacaq  fit çalacaqsan qaçacaqlar...  Birdən gecə gəlsələr? O da düşünülüb. Əlində  fanar olacaq. Gözünə  tuşlayacaqsan görə bilməyəcək. Soruşur ki, birdən gələn kor olsa... Bu artıq olmadı, əgər, əgər... İndi bizimkilər siyasi xadimlərdir, dövlət təcrübəsi keçmişlər, diplomat olublar, nazir olublar... indi “əgərlərlə “ irəliləycəyik? Konkret mühakimə qabiliyyətləri varsa, ortaya qoysunlar. Bir iki, üç , baxaq neçə çıxış yolu var. Əgər bunu etmirlərsə o adamlar nəyə lazımdırlar?
 
- Baxın , cənab prezident, siz detallara enmək istəmirsiniz, bununla belə  koridor məsələsi var.  Bizdən bunu ist






Fikirlər