ABŞ generalı: Rusiya və Ukraynanın itkiləri bərabərdir ...

ABŞ generalı: Rusiya və Ukraynanın itkiləri bərabərdir

Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox hərbçisi ölüb və yaralanıb.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Baş Qərargah Rəisləri Komitəsinin başçısı general Mark Milli bildirib.

General Milli Ukrayna Silahlı Qüvvələrinin də Rusiya qədər itki verdiyini ehtimal edir. Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın 40 minə yaxın dinc sakini ölüb.

Ukrayna Baş Qərargahının noyabrın 9-na olan məlumatına əsasən, Rusiya 77 mindən çox hərbçi itirib.

 

Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə sentyabrın 21-də itkilərinin sayını açıqlayıb. Həmin vaxt nazirlik 5 937 hərbçisinin öldüyünü bildirmişdi.






Fikirlər