İsraildən SENSASİON etiraf gəldi: "Bunu gözləmirdik"

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyatI 5 gündür davam edir.

Musavat.com xəbər verir ki, İsrail ordusundan diqqətçəkən etiraf edən açıqlama gəlib.

İsrail Ordusunun sözçüsü Daniel Hagari əməliyyat haqqında "bu qədərini gözləmədiklərini" etiraf edib.

“HƏMAS-ın hücumlarına başlamazdan bir gecə əvvəl (əməliyyatın başladığı 7 oktyabrdan əvvəl nəzərdə tutulur - red.) bəzi kəşfiyyat siqnalları aldıq, lakin bu hadisə ilə bağlı heç bir konkret kəşfiyyat xəbərdarlığı yox idi. Belə bir hadisəni başa düşə bilmədik. Hər şeyi ətraflı araşdıracağıq” - Hagari bildirib.






Fikirlər