İran yeni hipersəs raketini TƏQDİM ETDİ ...

İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələri “Fəttah-2” hipersəs qanadlı raketini təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, birinci nəsil qanadlı raketlər hərəkətə nəzarət üçün turbojet, yeni nəsil “Fəttah-2” raketləri isə ramjet mühərriki ilə təchiz edilib.

Xatırladaq ki, iyun ayında İran hökuməti yerli istehsal olan ilk hipersəs ballistik raketi “Fəttah”ı nümayiş etdirib. Beləliklə, İran dünyada hipersəs texnologiyasına malik dördüncü ölkə olub.

2022-ci ilin noyabrında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə iranlı mütəxəssislərin ilk hipersəs raketini hazırladığını bildirib.






Fikirlər