DONETSKDƏ BİR QRUP RUS HƏRBÇİSİ BELƏ ÖLDÜRÜLDÜ – VİDEO (18+)

 

İki ilə yaxındır davam edən Rusiya-Ukrayna savaşında rus ordusunun hərbi itkiləri hər ötən gün bir qədər də artır.

“AzPolitika.info” xəbər verir ki, “Telegram” kanallarında paylaşılan yeni görüntələrə əsasən, rus ordusu bu dəfə Donetsk istiqamətində xeyli hərbçisini itirib.

Məlumata görə, “BTR-82A” döyüş maşını ilə hərəkət edən ruslar Ukrayna ordusuna məxsus pilotsuz təyyarənin hücumuna məruz qalıblar.

Paylaşılan kadrlarda dron hücumu zamanı avtomobilin üzərində 8 rus hərbçisinin olduğu görünür. Qeyd edək ki, paylaşımda hücum nəticəsində həlak olan və ya xəsarət alan hərbçilərlə bağlı heç bir məlumat verilməyib.

Sözügedən videonu təqdim edirik:






Fikirlər