İŞİD-ə qoşulan Mahmudov, Məlikov və Məmmədyarov məhv edildi

 

Hüquq-mühafizə orqanlarından xəsarət alan olmayıb.

Rusiyanın milli antiterror komitəsi Dağıstanda KTO əməliyyatı çərçivəsində öldürülən silahlıların adını açıqlayıb. 
ANS PRESS-in məlumatına görə, bunlar federal axtarışda olan və İŞİD-ə qoşulan 1979-cu il təvəllüdlü Mahmud Mahmudov, 1985-ci il təvəllüdlü Robert Məlikov və 1989-cu il təvəllüdlü Həsən Məmmədyarovdur.
***11:13***
Dağıstanda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 3 silahlı döyüşçü məhv edilib.
ANS PRESS-in məlumatına görə, əməliyyat Süleyman-Stal və Məhərəmkənd rayonları sərhədində keçirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarından xəsarət alan olmayıb.
Hazırda həmin ərazidə kontterrorist əməliyyatı (KTO) rejimi tətbiq edilir. Bu haqda Rusiyamətbuatına ölkənin hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Operativ axtarış tədbirləri çərçivəsində meşə massivində yoxlama aparılırdı. Bu zaman onlar, böyük ehtimalla, silahlıların dəstəsi ilə qarşılaşıb. Baş verən silahlı qarşıdurma nəticəsində onlar zərərsizləşdirilib", - deyə Rusiya rəsmiləri bəyanat yayıb. Öldürülən silahlıların yerli quldur qruplaşmasının üzvləri olduğu bildirilb.


Süleyman-Stal və Məhərəmkənd rayonları 

Ümumiyyətlə, noyabr ayında Rusiyada bir neçə belə xüsusi əməliyyat həyata keçirilmişdi. Ayın 22-də Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin subyektlərindən biri olan Kabardino-Balkariya Respublikasında da xüsusi əməliyyat keçirmişdi. 
Bu səbəbdən Çerek rayonunun Nalçik ərazisində - KTO rejimi tətbiq edilirdi. Əməliyyatlar zamanı İŞİD terrorçuları zərərsizləşdirilmişdi.


Nalçikə bitişik olan meşə massivində silahlılarla yerli hüquq-mühafizə orqanları arasında atışma olmuş, nəticədə 11 silahlı məhv öldürülmüşdü. 
Öldürülənlərin hamısının İŞİD terror qruplaşmasının yerli bölməsinin üzvləri olduğu bildirilmişdi.
Noyabrın 10-da isə Nalçikdə Robert Zankişiyev adlı şəxs öldürülüb. Onun da İŞİD üzvü olduğu qeyd edilirdi. Bildirilirdi ki, Zankişiyev terrorçu qruplaşmanın yerli bölməsinin rəhbəri olub. 
Həmin əməliyyat zamanı Zankişiyevin həyat yoldaşı İnna Blenaova yaralanmışdı. Hüquq-mühafizə orqanları ilə danışıqlardan sonra o, təslim olmuşdu. Dindirilmə zamanı müsəlman qadın həyat yoldaşının axtarışda olduğunu biləndən sonra ondan ayrı yaşadığını demişdi. 


İnna Blenaova - Robert Zankişiyevin həyat yoldaşı


Robert Zankişiyev






Fikirlər