Zelenski Trampla görüşüb ...

Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb.

Görüş Nyu-Yorkda “Trump Tower”də olub.

Zelenski Trampa görüş üçün təşəkkür edərək, onların son şəxsi görüşündən 5 il keçdiyini qeyd edib.

“Düşünürəm ki, bizim ümumi fikrimiz var ki, Ukraynada müharibə dayandırılmalıdır və Putin qalib gələ bilməz. Və mən sizinlə sülh planının detallarını müzakirə etmək istərdim”, - Ukrayna Prezidenti deyib.

Görüş zamanı Tramp münaqişənin həlli üçün hər iki tərəflə işləməyə çalışacağını bildirib:

“Bu ölkə cəhənnəmi yaşayır... Mən heç vaxt belə dəhşətli vəziyyət görməmişəm”.






Fikirlər