Rusiya ordusunda Çin əsgərləri də döyüşür? - VİDEO
İnternetdə yayılan videoda Rusiya bayrağı olan papaq taxan asiyalı hərbçi görünür.
AzerTaym.az musavat.com-a istinadən xəbər verir ki, əvvəlcə bu hərbçinin koreyalı olduğu iddia edilsə də, analiz nəticəsində onun Çin dilində danışdığı müəyyən edilib.
Videoda hərbçi mal ətindən hazırlanan əriştə ilə şorbanın dadını tərifləyir, hətta “çoxlu ət” olduğunu qeyd edir.
Bu xəbər Ukraynada Şimali Koreya əsgərinin əsir düşməsi hadisəsindən sonra Rusiya ordusunda müxtəlif millətlərin iştirakına dair müzakirələri yenidən alovlandırıb.