Ermənistan döyüş mövqeyində İTKİ VERDİ

Ermənistan ordusu növbəti itkisini verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 1 dekabrda saat 20.50-də erməni hərbçinin meyiti döyüş mövqelərindən birində aşkarlanıb. Onun hansı istiqamətdə və hansı şəraitdə öldürüldüyü açıqlanmır. Odlu silahdan açılan atəş nəticəsində ölən hərbçi Ermənistan ordusunda müqavilə ilə xidmət edən 1987-ci il təvəllüdlü Qor Aqvanoviç Sarkisyandır.

Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, hərbçi 2016-cı ildən Silahlı Qüvvələrdə xidmət edirmiş.

 






Fikirlər