"Ukraynaya 500 milyard dollar ayırın, NATO-ya üzvlük tarixini təyin edin"

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukrayna ilə bağlı çağırış edib.

Milli.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazaraq ölkəyə 500 milyard dollar kredit ayırmağa və Ukraynanın NATO-ya üzvlük tarixini təyin etməyə çağırıb.

Conson ABŞ Prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarını dəstəklədiyini bildirib.






Fikirlər