Fransızların 79 faizi Makronu bəyənmir ...
Fransızların 79%-i Emmanuel Makronun prezident kimi fəaliyyətini bəyənmir. Bu barədə “Jurnal dü Dimanş” nəşri Fransanın İctimai Rəyin Öyrənilməsi İnstitutunun hesabatına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Makrona dəstəyin azalması xüsusən 2022-ci il prezident seçkilərində ona fəal səs verən pensiyaçılar arasında müşahidə olunur./Axar.az