"FİNANCİAI TİMES": “ ƏSƏD PUTİNİN İSTEFA TƏKLİFİNİ qəzəblə rədd edib“

 

"Vladimir Putin yanvarın əvvəlində Bəşər Əsəddən istefaya getməsini xahiş edib. Lakin Suriya rəhbəri qəzəbli şəkildə bu təklifi rədd edib".

Bu sensasiyalı məlumatı Britaniyanın nüfuzlu "Financial Times" qəzeti yayıb.

Qəzet Qərb kəşfiyyat orqanlarındakı mənbəyə istinadən yazıb ki, V.Putinin təklifini B.Əsədə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri, bu yaxınlarda vəfat etdiyi açıqlanan İqor Serqun çatdırıb.
 
Səfərin İ.Serqunun ölümündən bir neçə həftə əvvəl gerçəkləşdiyi bildirilir. B. Əsəd təklifə qəzəblənib və qəbul etrməyəcəyini deyib.  
 Onu da qeyd edək ki, bu gün bu barədə açıqlama verən Kremlin mətbuat sözçüsü qəzetin xəbərini təkzib edib. O, billdirib ki, Putin Əsədi istefaya çağırmayıb: "Bu, düz məlumat deyil". 
 (Azərtaym.az)






Fikirlər