NATO komandanı: “Lazım gəlsə, Rusiyaya hücum edərik”

NATO komandanı: “Lazım gəlsə, Rusiyaya hücum edərik”

 

 

ABŞ-ın Avropa komandanlığının komandanı və  NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanlığının rəhbəri general Filip Bridlav ehtiyac olarsa, Rusiyaya hücum edə biləcəklərini açıqlayıb. 
Musavat.com Türkiyənin TQRT telekanalına istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında çıxış edən general ABŞ Avropa Komandanlığı (EUCOM) və NATO-nun Rusiya ilə müharibəyə hazır olduğunu bəyan edib. 
Rusiyanın ABŞ və NATO ilə düşmənliyi seçdiyini bildirən Bridlav deyib ki, Rusiya ABŞ və onun Avropadakı müttəfiqləri üçün təhdiddir. Onun sözlərinə görə, dünya tərəfindən tanınan beynəlxalq qaydaları yenidən yazmağa çalışan Rusiya “tampon bölgə” yaratmaq üçün qonşu ölkələr üzərindəki üstün nüfuzundan istifadə etmək niyyətindədir. Amerikalı general “Rusiya Transatlantika bölgəsindəki birliyimizi pozmaq istəyir”, deyib. 
Qeyd edək ki, Bridlav yanvarın sonunda hazırladığı strateji hesabatda Rusiyanı başlıca təhdid kimi dəyərləndirmişdi. 
AzerTaym.az






Fikirlər