İRANDA edamların artmasının səbəbi - narkotik

İranda edamların artmasının səbəbi - narkotik
İranda son illər edamların artmasının səbəbi narkotik maddələrdən istifadəyə qarşı sərt qanunlardır.
Bunu BMT məruzəçisi deyir.
Martın 10-da yayılmış hesabatda Ahmed Şahid bildirir ki, ötən il İranda 966 nəfər edam olunub. 2013-cü ildə bu rəqəm 697, 2005-ci ildə 91 idi.
Məruzəçi edamların artmasını həmin qaydaların pozulmasına bağlayır.
«İran qanunlarına görə, 30 qram heroin, yaxud kokain saxlamaq ölüm cəzasına bərabərdir», -məruzəçi bildirir.
Ancaq o, hazırda həbsxanalarda yüzlərlə jurnalist, bloqqer, fəal, müxalifətçinin də edam cəzası qorxusu ilə qaldığını sözlərinə əlavə edib.
Artıq 5-ci ildir bu vəzifədə olan Şahid İrana buraxılmır ("Azadlıq" radiosu).






Fikirlər