BƏDBİN PPOQNOZ: Ruisyanı çətin günlər gözləyir

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Rusiyanın enerji nəhəngi “Qazprom” şirkətinin 18,5 milyard dollara ehtiyacı olacağı qənaətindədir. Agentlik “Qazprom”un qarşıdakı iki ildə ciddi maliyyə problemləri ilə üzləşəcəyını bildirib.

 

 “Fitch Ratings” “Qazprom”un 1,3 trilyon rubla (təxminən 18,5 milyard dollar) ehtiyacı olacağını açıqlayıb. Agentlik həmin pulların 900 milyard rublunun şirkətin borclarını ödəməsi, 400 milyard rublunun isə neqativ pul axınının qarşısını almaq üçün ehtiyacı olacağı qənaətindədir.

Neftin və təbii qazın qiymətlərinin ucuzlaşdığını qeyd edən “Fitch Ratings”in mütəxəssisləri “Qazprom”un dividentləri azaldacağını, hətta bəzi layihələrini ləğv edəcəyini bildiriblər.

AzerTaym.az






Fikirlər