ABŞ-dan terror xəbərdarlığı- BU DƏFƏ Bolqarıstana

“Oradan uzaq durum, kamikadze hücumu olacaq”

Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bolqarıstandakı ABŞ səfirliyi terrorla bağlı xəbərdarlıq edib.

Səfirlik paytaxt Sofyadakı vətəndaşlarına ictimai nəqliyyata, daha çox marşrut avtobuslarına kamikadze hücumu olacağı barədə məlumat aldıqlarını bildirib.

Səfirlik Bolqarıstandakı Amerika vətəndaşlarını Pliska hoteli yaxınlığındakı avtobus dayanacaqlarında və avtobuslarda baş verəcəyi gözlənilən terrordan qorunmağa çağırıb.
Sofya Bələdiyə sədri Yordanka Fandakova isə xəbərdarlıqdan sonra bölgədə polis sayını artırdığını bildirib. 






Fikirlər