AZƏRBAYCAN VƏTƏNDAŞLARINA terror - XƏBƏRDARLIĞI

“Azərbaycan vətəndaşlarına terror - XƏBƏRDARLIĞI"İlkin məlumata əsasən İndoneziyanın paytaxtı Cakartada bu gün baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları yoxdur".

Bu barədə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

"Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur. Azərbaycanın İndoneziyadakı səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır", - H.Hacıyev qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında İndoneziyanın paytaxtında silsilə terror aktları törədilib. Hadisə nəticəsində 7 nəfər ölüb, xeyli sayda insan yaralanıb.






Fikirlər