KƏLBƏCƏRin işğalı günü -“Kral”da TOY EDƏN MƏMUR KİMDİR?!

Kəlbəcərin işğalı günü -“Kral”da toy edən məmur kimdir?

"AzerTaym.az"-ın bildirır ki, Vətəninfo.az-a daxil olan məlumata görə, aprelin 2-də Kəlbəcərin işğalı günü Azərbaycanın tanınmış siyasətçilərindən biri oğluna "Kral” şadlıq sarayında dəbdəbəli toy edib. Keçirilən toy mərasimində ölkənin ən bərkgedən məmurları, millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, həmin siyasətçinin övladına toy etməsində hansısa qəbahət iş yoxdur və biz də gənci yeni ailə həyatına qədəm qoyması münasibəti ilə təbrik edirik. Lakin toy məclisinin keçirildiyi tarix 23 ildir düşmən tapdağında qalan Kəlbəcərin işğalı günü, aprelin 1-dən isə Qarabağda ordumuzun irimiqyasılı hərbi əməliyyatlar keçirməsi, döyüşlərdə vətən oğullarının şəhid olduğu bir vaxtda baş tutması təəssüf hissi doğurur.

Qeyd edək ki, övladına toy edən siyasətçinin kimliyini bilsək də, ictimai qınağa tuş gəlməməsi üçün adını hallandırmırıq.






Fikirlər