QƏRB UNİVERSİTETİində Böyük Vətən Müharibəsi Veteranları ilə GÖRÜŞ KEÇİRİLƏCƏKDİR...

3 may 2016-cı il tarixində Qərb Universitetində 9 may Qələbə gününə həsr olunmuş Böyük Vətən müharibəsi veteranlarlı ilə görüş keçiriləcəkdir.

Bu barədə "AzerTaym.az"-a Universitetin mətbuat xidmətindən məlumat verilib.Məlumatda qeyd olunur ki,9 May - faşizm üzərində Qələbə Günü kimi hər il qeyd olunur. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı. Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfələr verib.

Görüşdə Azərbaycan xalqının cəbhədə göstərdikləri qəhrəmanlıq və şücaətindən, Azərbaycan diviziyalarının Qafqazdan Berlinə qədər keçdiyi şərəfli döyüş yolundan söhbət açılacaq, arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqının həm neft, həm də digər təsərrüfat məsulları ilə cəbhəni təchiz etmək üçün göstərdikləri səy və fədakarlıqlardan bəhs olunacaqdır.

Tədbirdə Qərb Universitetinin professor – müəllim heyəti ilə yanaşı Böyük Vətən müharibəsi veteranları da iştirak edəcəkdir.

 

 






Fikirlər