Xanım başçıdan Putinə yox

Xanım başçıdan Putinə yoxLitva prezidenti Dalya Qribauskayte 2015-ci ildə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı yubiley tədbirlərinə qatılmayacaq.

ANS-in verdiyi məlumata görə, Litva prezidenti bu barədə Rusiya hakimiyyəti tərəfindən rəsmi dəvət alsa da Moskvaya getməyəcək.

Prezidentin mətbuat katibi Modestas Naudjyus bildirib: "Dəvət alınmışdır. Xanım prezident tədbirdə iştirak etmək niyyətində deyil."

Xatırladaq ki, Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək təntənəli bayram tədbirlərində iştirak etmək üçün vaxtilə Hitler əleyhinə qarşı yaradılan koalisiyada iştirak edən ölkələrdən birinin lideri kimi ABŞ prezidenti Barak Obamaya da dəvət göndərilib. Bayram tədbirlərinə Koreya Xalq Demokratik Respublikasının başçısı Kim Çen In də dəvət olunub.






Fikirlər