RƏSULZADƏNIN YUBILEY TƏDBIRLƏRINƏ START VERILDI

RƏSULZADƏNIN YUBILEY TƏDBIRLƏRINƏ START VERILDI
“Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı verilmiş sərəncamla əlaqədar tədbirlər planının icrasına başlanılıb. Hər şey göstərilən vaxta qədər tam hazır olacaq. Görüləcək işlərlə əlaqədar ictimaiyyətə geniş açıqlama veriləcək”.
Bunu Modern.az saytına açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən İntiqam Babayev bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri olan Rəsulzadənin anadan olmasının 130 illiyi bağlı Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılıb.






Fikirlər