Xocalı soyqırımını törədən ERMƏNİ KOMANDİR ÖLDÜ

Xocalı soyqırımını törədən erməni komandir öldü

Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı bir sıra hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımının təşkilində və törədilməsində böyük rol oynamış “Arabo” batalyonunun yaradıcılarından biri, terrorçu Karen Kazaryan ölüb.

Ölkə.Az ermənilərin "Erkir" qəzetinə istinadən xəbər verir ki, erməni terrorçusu 59 yaşında xəstəlik səbəbindən ölüb.

Terrorçu Karen Kazaryan eyni zamanda Ağdərə və Laçınınn işğal edilməsində də aktiv iştirak edib.

Buna görə Ermənistan hakimiyyəti bu əli qanlı terrorçunu bir sıra dövlət mükafatlarına layiq görüb.






Fikirlər