Bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət -"Xocalı soyqırımı"

Bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət -"Xocalı soyqırımı" Serbiyanın “Evroazija.info” analitik xəbər saytında Xocalı soyqırımından bəhs edən məqalə yerləşdirilib.

Yazıda qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib, şəhər darmadağın edilərək talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. Bu faktlar Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olduğunu göstərir.


Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı xalqa müraciətindən sitatların da yer aldığı məqalədə vurğulanır ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi oldu.

Bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət -"Xocalı soyqırımı" Yazıda diqqətə çatdırılır ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları hələ XX əsrin əvvəllərindən başlayıb.
1905-1907-ci illərdə ermənilər Azərbaycan ərazilərində onlarla genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirərək, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan ediblər, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı sonrakı dövrlərdə də davam etdirilib. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra isə bu soyqırımı siyasəti Ermənistan dövləti səviyyəsində davam etdirilib.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara da toxunulur. Müəllif Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktları, problemin kökləri, səbəbləri ilə bağlı məlumat verərək diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşərək məcburi köçkünə və qaçqına çevrilib.

Yazıda o da qeyd olunur ki, artıq dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Sonda müəllif oxucuları soyqırımı aktlarına, təcavüzkar separatizmə qarşı çıxmağa və “Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək verməyə çağırıb.


Bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət -"Xocalı soyqırımı"






Fikirlər