Bakıda məktəbdə yanğın olub, ŞAGİRDLƏR təxliyə edilib

Bakıda məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib

Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a həmin məktəbdən bildirilib.
Məlumata görə, yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.
Məktəbdə olan bütün şagirdlər təxliyə olunub. "Hələlik xəsarət alanların olub-olmaması barədə bizdə heç bir məlumat yoxdur", - məktəbdən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb.

AzerTaym.az






Fikirlər