Qanlı qala: “Vasya Brilyant”dan Lotu Bəxtiyara qədər...

Qanlı qala: “Vasya Brilyant”dan Lotu Bəxtiyara qədər...

Onunla Moskvadan tanışıq. Yaşı yetmişi haqlayıb məncə. Amma qıvraq görünür. Vəhşi 90-lardan Moskvadadır. Xırda ticarətdən başlayıb, əməlli biznes də qurubmuş özü üçün.

Günlərin bir günü onun da obyektlərinə haqq qoyublar “Solntsev uşaqları”. Bir zamanlar Moskvanı qorxudan saxlayan “Solntsev briqadası”. Əvvəlcə deyilən haqqa razılaşıb.

- Kaş razılaşmayaydım. O biri ay haqqı iki dəfə artırdılar. Növbəti ay yenə də.

Dördüncü ay briqadanın 2 üzvüylə mübahisəsi düşür. Əsəbləri dözmür, onlardan birini öldürür. Tale onu Rusiyanın ən amansız həbsxanalarından birinə atır: “Vladimir Sentral”a. 6 il burada həbsdə yatır.

- Sentral Rusiya kriminal tarixinin özünəməxsus bir hissəsidir, biləsən. Hər kamerası tarixdir. Məsələn, mən bir vaxtlar Budyonnının arvadının yatdığı kamerada qalırdım. Bu həbsxanadan qaçmaq sadəcə mümkün deyil. Tikildiyi 200 ildə buradan bircə dəfə qaçış olub. Onda da Frunze qaçıb. Qırğızıstanın paytaxtı vardı ha, Frunze yadında? İnqilabçıydı axı o. Onun adını vermişdilər şəhərə. Ona da gözətçilər kömək ediblər qaçmağa. Başqa cür mümkün deyil.

Şaiqlə elə Vladimir Sentraldan danışacağıq. Onun dəhşətlərindən, orada yatan azərbaycanlılardan və məşhurlardan…

Moskvadan çox da uzaqda deyil. 200 km aralıda yerləşir Vladimir şəhəri. Şəhərin Bolşaya Nijeqorodskaya küçəsi, 67 saylı ünvan isə nəinki keçmiş SSRİ-də, ya müasir Rusiyada, hətta uzaq 18-ci əsrdən belə çoxlarına tanış yerdir. Zaman-zaman adı dəyişib yalnız. Amma üzü 1783-cü ildən ta indiyədək əksər məhbusun canına qorxu düşüb adı gələndə.


Dünyanın ən qəddar, ən qapalı və sərt həbsxanalarından biri olan “Vladimirskiy Sentral”ın adı şanson həvəskarlarına Mixail Kruqdan tanışdır. Tanınmış rus şansonun “Vladimirskiy sentral” mahnısı illər öncə az qala bütün Rusiya radiostansiyalarının hitinə çevrilmişdi. Mahnı isə Sentralda cəzasını çəkən Saşa Severnı adlı “qanuni oğru”ya həsr edilmişdi. Saşa Sevrnıy Kruqla yaxın dost idi. Bu o Saşa Severnı idi ki, bir vaxtlar Rusiya kriminalının atası sayılırdı. Özü 1959-cг ildə Saransk vilayətində yerləşən “zon”ların birində dünyaya gəlib. Hə, məhz zonda. Təsəvvür edin, bu adamın anası dələduzluğa görə üst-üstə 35 ildən çox həbsdə yatıb. Bacısı, atası da ömürlərinin bir hissəsini həbsxanalarda keçirib. Özü isə nə az, nə çox 26 il dəmir barmaqlıqlar arasında olub. Deyilənə görə, Saşanın 2 oğlu da hazırda həbsdədirlər. Hə, orada qalmışdıq axı: Kruq mahnını ona həbs etmişdi. Mahnının bir yerində müğənni Saşa Severnının adını çəkməliymş. Amma kriminal avtoritet buna qəti icazə verməyib. Nəticədə Kruq həmin yeri “veter severnıy” kimi oxuyub.

Kruqun bu mahnısının sözləri sözün həqiqi mənasında “Vladimirskiy Sentral”ın necə dəhşətli bir yer olduğundan xəbər verir. Keçmiş SSRİ-də və sonradan Rusiyada ən qatı cinayətkarları və ipə-satmaz məhbusları bura göndərirmişlər. Elə Azərbaycandan da xeyli tananmış kriminal avtoritetin yolu buradan ötüb. Məsələn, Lotu Bəxtiyar, Masallı Mamed həbsxana həyatlarının bir hissəsini burada keçiriblər. Ən maraqlısı, Bəxtiyarın özünə “qanuni oğru” adı da məhz “Vladimirskiy Senrtal”da verilib. Və bu, oğru dünyası tarixində həddən artıq nadir hadisələrdəndir. Bu haqda danışacağıq. Amma bir qədər tarixə nəzər salaq.

***

Bu həbsxana 1783-cü ildə, II Yekaterinanın göstərişiylə tikilib. Adi, sıradan cinayətkarlar üçün tikilibmiş bu həbsxana. Ta 1906-cı ilə qədər. 1906-cı ildə bu həbsxananın ərazisi bir qədər genişlənir. Çar Rusiyasının mərkəzi regionlarının əsas, necə deyərlər, mərkəzi həbsxanasına çevrilir.

Bolşeviklər hakimiyyətə gələndə sonra, daha dəqiqi, 1921-ci ilin yanvarında həbsxana siyasi məhbusların cəza yerinə çevrilir. 21 fevral 1948-ci ildən sonra isə bu həbsxanada ancaq keçmiş menvşevik və trotskiçilər, anarxistlər, millətçilər, casusluqda ittiham edilənlər və terrorçular saxlanılır.

Amma Xruşov dövründəki mülayimləşmədən sonra “Vladimirskiy Sentral” təkcə siyasi məhbusların yox, ən qatı cinayətkarların cəzaçəkmə yerinə çevrilməyə başladı. Tezliklə, bura SSRİ-nin klassik “qanuni oğru”larını göndərməyə başladılar. Onlardan biri də ömrünün 40 ilini həbsxanalarda keçirmiş Vasya Brilyant idi.


Rəsmi adı Vladimir Petroviç Babuşkin olan Vasya Brilyant SSRİ-dəki “kriminal dünyanın Allahı” kimi qəbul olunub. Müxtəlif məhkəmələrdə üst-üstə haqqında 90 il hökm oxunub.
40-cı illərin sonunda Vasya cibgirliyə görə Volskda tutulub. 1950-ci ildə Saratov məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsi isə 28 oktyabr 1949-cu ildən hesablanıb. Qazaxıstan məhkəməsi 1951-ci ildə Vasyanı 25 il azadlıqdan məhrum edib. Daha sonra Vasya yenə də Qazaxıstan məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrum olunub.

1965-ci ildə banditizmə görə 15 il, 1971-ci ildə Sverdlovskda daha 15 il azadlıqdan məhrum edilib.

O, hökm üzrə ona oxunmuş cəzaları heç vaxt axıra qədər çəkməyib. Həyatının 40 ilini həbsxanalarda keçirən Vasya Brilyant 3 dəfə həbsxanadan qaçıb.


Vasya Brilyant 1969-cu ildə Maxarbek Petroviç Karqayevi (Ruslan), 1970-ci ildə Eduard Pavloviç Krasnovu (Edik Krasnıy), 1978-ci ildə Georgi Qriqoryeviç Nijaradzeni (Jora Şahmatist), 1981-ci ildə Fərid Kəbiroviç Həbibullini (Fərid Rezanıy Kazanskiy) 1982-ci ildə Zima Vasyanı, Arkadiy Qriqoryeviç Çandekovu (Arkan), Oleq Viktoroviç Surkovu (Flyaqa), 1984-cü ildə Valeriy Əsgəroviç Beştapovu (Valera Tatarin) taclandırılıb. Vasya Brilyant ümumilikdə 30-a yaxın “qanuni oğru” adının veriməsinə nail olub.

Onların arasında bakılı Kərimov Bəxtiyar Ağababa oğlu da vardı. Bu hadisə 1982-ci ildə baş vermişdi.

Bəxtiyar 1976-cı ildə Bakı şəhər Xalq Məhkəməsinin qərarı ilə 5 il həbs cəzası almışdı. Maykopdakı uşaq koloniyasına yatab edilmişdi. Cəzasını tam çəkib qurtarmamış, 1977-ci ildə həbsxanadakı haqsızlıqla bağlı qiyam qaldırdığına görə, cəzası daha 3 il müddətinə artırılmışdı. Bundan sonra o, məhz Vladimir şəhərindəki “Vladimirskiy Sentral” a göndərilmişdi. 1982-ci ildə, elə Sentraldaca Vasya Brilyant, habelə məşhurluğuna görə ondan geri qalmayan Yakut ləqəbli Nikolay Yakutenko tərəfindən “qanuni oğru” adını almışdı… Bəxtiyar bir il sonra həbsdən azad edilmişdi. Düzdür, o, bir daha “Vladimirskiy Sentral”a qayıtmamışdı. Amma hər zaman, hər yerdə Sentralın necə amansız bir yer olduğunu danışarmış.

Nə ilə bağlıydı axı Sentraldakı amansızlıqlar, qəddar rejim? Doğrudanmı bu həbsxana ən qatı və idealist kriminalların belə sındırıldığı bir yer imiş? Bəs bizimkilər, azərbaycanlılar bu cəhənnəm məkanının necə keçib?

Bütün bunlar barədə sabah…(Lent.az)

 






Fikirlər