Sevil Əliyevanın oğluna vəzifə verildi - VİDEO

“Sevil Əliyevanın oğluna vəzifə verildi - Video

Mərhum prezident Heydər Əliyevin nəvəsi Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin olunub.

Qafqazinfo “Futbol+” qəzetinə istinadən xəbər verir ki, o, federasiyada olan dopinq qalmaqalından sonra bu vəzifəyə gətirilib. 

Məhz onun gəlişindən sonra atletikada ciddi islahatların olacağı deyilir.

Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevil Əliyevanın oğludur.

 

 






Fikirlər