MSK nəticələri açıqladı: İQBAL AGAZADƏ yenə deputat ola bilmədi

iqbal-2

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də  90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb.

APA-nın məlumatına görə, M. Pənahov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə bütün seçki məntəqələri, yəni 40 seçki məntəqəsi hesabat verib.

Beləliklə, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə lider namizəd  85,56 faiz səslə  Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov olub. İkinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə  7,84 faiz səs toplayıb.

Qeyd edək ki, seçkidə 1 yer uğrunda 7 deputatlığa namizəd – Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər – Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov (“Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov (“Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimli (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim) mübarizə aparıb.

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı 57,9 faiz olub, qeydiyyatda olan 40203 seçicidən 23292 seçici səs verib. 






Fikirlər