Bu gün AGDAŞDA parlamentə təkrar seçkilər keçirilir

Bu gün Ağdaşda parlamentə təkrar seçkilər keçirilir

Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə  Milli Məclisə təkrar seçkilər keçirilir.

08:00-da başlayan səsvermə 19:00-da başa çatacaq.
Qeyd etdiyimiz seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. 
Bötüvlükdə seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyəcək. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.
Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.






Fikirlər