SOSİAL ETİRAZLARın yeni dalğası BAŞLAYIR...

Ağdam rayon sakinləri yolu bağlayıblar, yalnız polisin müdaxiləsindən sonra yol açılıb

İyunun 28-də gunorta saatlarında Ağdam rayonun Əfətli kəndinin və ona yaxın digər yaşayış məntəqələrinin bir qrup sakini rayondakı ağır social-iqtisadi duruma qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar social vəziyyətin ağırlığına və yerli hakimiyyət orqanlarının etinasızlığına öz etirazlarını bildiriblər. Aksiyaya müdaxilə edən yerli hakimiyyət orqanlarının əməkdaşları ilə kənd sakinləri arasında gərginliklər də yaşanıb. Aksiyanın böyəcəyindən qorxan yerli hakimiyyət orqanları əraziyə polis qüvvələri yeridiblər. Yalnız polisin müdaxiləsindən sonra etiraz aksiyasnı dağıtmaq mümkün olub. Ağdam rayon İcra hakimiyyətinin başçısının birinci müavini Zülfü Qasımov rayonun Əfətli kəndinin və o ərazidə yerləşən digər yaşayış mntəqələrinin sakinlərinin belə bir etiraz aksiyası keçirməyə cəhd etdiklərini təsdiqləyib. İcra başçısının birinci müavii etiraz aksiaysını atəşkəsin pozulmasından zərər çəkmiş evlərə Qırmızı Xaş Komitəsinin vəsait ayırması ilə bağlamağa cəhd edib. İcra başçısının birinci müavini bildirib ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, eləcə də, Ağcabədi rayon İcra başçısı, hər iki rayonun hüquq-mühafizə orqanları rəhbərləri və əməkdaşları hadisəyə müdaxilə edib, camaatı sakitləşdirib yolun açılmasına nail olublar.

Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımovdan fərqli olaraq rayon sakinləri etiraz aksiyasının rayondakı ağır sosial-iqtisadi vəziyyətlə bağlı olduğunu, yaxın günlərdə yeni aksiya keçirəcəklərini bildirirlər.






Fikirlər