SOCAR-ın köhnə binası kimə veriləcək? - AÇIQLAMA

bitmap-img6

Bu ilin mayında açılışı olan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binası hələ istifadəyə verilməyib.

Bu barədə SOCAR mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq deyib.
Onun sözlərinə görə, şirkət heyəti hələ ki, yeni binaya köçürülməyib.
Onu da qeyd edək ki, tarixi memarlıq abidəsi olan SOCAR-ın köhnə binasının boşaldıldıqdan sonra təyinatı narahatlıq doğuran məsələlərdəndir. N.Quliyev bildirib ki, ARDNŞ böyük şirkətdir və bütün qurumların yeni binaya köçürülməsindən söhbət gedə bilməz: "SOCAR böyük şirkətdir, kifayət qədər təşkilatı var. Baş ofis köçəndən sonra köhnə bina SOCAR-ın tələbatına uyğun istifadə ediləcək".
Xatırladaq ki, SOCAR-ın yeni binası Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası əsasında inşa olunub.

 

 






Fikirlər