QAT ÇİNGİZ Mustafayevin xatirəsini yad edib

QAT milli qəhrəman Çingiz Mustafayevin xatirəsini yad edib.

Təşkilatdan Moderator.az-a daxil olan müraciətdə deyilir:

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Çingiz Mustafayevin ANS TV-nin, ANS radiosunun, Azərbaycanda yeni efir məkanının formalaşmasında əvəzsiz xidmətləri olub. O, yenilikçi media nümayəndəsi, fədakar, yaradıcı bir insan idi. O, həmçinin müasir Azərbaycan tarixinin, o cümlədən Qarabağ müharibəsinin telesəlnaməsini yaradıb. Çingiz Mustafayevin yaratdığı televiziya kanalı və radionun bu gün bağlanmasını acı təəssüf hissi ilə qeyd edir və inanırıq ki, haqq-ədalət tezliklə yerini alacaq və Azərbaycan izləyiciləri tezliklə öz sevimli telekanallarına qovuşacaqlar.

Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsini bir daha böyük hörmətlə yad edir və Allahdan rəhmət diləyirik”.

 

 






Fikirlər