Polis Akademiyasında andiçmə mərasimi keçirilib - FOTOLAR

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ulu ÖndərHeydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra müdavimlər sıra meydanında öz yerlərini tutaraq polis andı içiblər. Kursant Mübariz Ağayev müdavimlər adından çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev polis andını qəbul edən müdavimlərə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını çatdırıb.
Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb.
Polis Akademiyasında andiçmə mərasimi keçirilib - Fotolar
Polis Akademiyasında andiçmə mərasimi keçirilib - Fotolar

 






Fikirlər