Balakənə yeni polis rəisi

Polis məktəbinin rəisinin boş qalmış yerinə də təyinat olub
Balakənə yeni polis rəisi
Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Rasim Mustafayev Balakən rayonuna rəis təyin edilib.
Nazirin digər bir əmri ilə isə Suraxanı rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mirzeynəlabdin Seyidov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Balakən Rayon Polis Şöbəsinin rəisi Cəlil Mehmanov və Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimov tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.






Fikirlər