Allah sizə QƏZƏBLƏ baxır...

Allah sizə QƏZƏBLƏ baxır...

SANCAQproduction - donun demokratiyadı, xislətin başqa...

Azərbaycan demokratik ölkədir. Siyasi mənsubiyyətindən və kimliyindən asılı olmayaraq hamı tənqid oluna bilər və necə ki olunur... SANCAQproductionda bütövlükdə Qafqazın şeyxi olan Allahşükür Paşazadənin ailəsi, xüsusilə də qızları haqqında yazılan təhqiramiz ifadələr dünyanın heç bir ölkəsində olan jurnalistikanın janr xüsusiyyətlərində yoxdur. Hətta təlimat aldığınız o biclərin belə leksionunda bu tip ifadələr yer almayıb, almayacaq da!
Şeyx Qafqazdan boyükdür 
Şeyx haqqında təhqir dolu materialda özünüz qeyd edirsiniz ki, Şeyx Qafqazdan boyükdür.Əcəba, görəsən, Qafqazdan böyük nüfuz sahibi olan azərbaycanlını gözü götürməyən qüvvələr kimdir? Əllərində söyüş "bloknot"ları ilə Azərbaycan jurnalistikasında söyüş meydanına atılıb qanundankənar vulqar janrını özünə stil seçən bu "yazarlar” kimə və nəyə xidmət edirlər? Şeyxi təhqiramiz ifadədə söyməklə özünüzə dividend qazanmaq istəyirsinizsə, vay sizin halınıza...
Söyüş jurnalistikası nə vaxtdan və kimlərə şöhrət gətirib ki?! Əgər gətiribsə, barmaqlarınızı qatlayın. Yoxdusa, onda...
Heydər Əliyevi hakimiyyətə şeyx gətirməyib
Allahşükür Paşazadə haqqındakı materialda və materialdakı şərhlərdə birbaşa və abırsızcasına azərbaycanlı əxlaqına sığmayan ifadələr yer alıb. Başdan-ayaga söyüş olan bu yazıda dini və siyasi tolerantlığı gözləmədən, ailə tabusu, namus kriteriyaları, cəmiyyətin birgəyaşayış qaydaları ayaqlar altına atılmış, hətta qarşı tərəfi provakasiyalara çəkmək üçün özlərinəməxsus ustalıq nümayiş etdiriblər. Bütün Qafqazın şeyxini Heydər Əliyevi hakimiyyətə gətirməkdə suçlayanların menyusuna sadəcə bir cümlə əlavə edib keçirik mətləbə: Heydər Əliyevi hakimiyyətə şeyx yox, xalq gətirib. O xalq ki, söydüyünüz, ailə və uşağına belə utanmadan iftira atdığınız şeyx özünü qanlı yanvarda rus gülləsinin qabağına atdı.
Şeyx Azərbaycanda islamı gözdən salmadı, nüfuz gətirdi
Azərbaycanda dini tolerantlıq göz önündə. Sünni-şiə söhbəti bir yana qalsın, yeganə ölkədir ki, sunni və şiələr bir yerdə, bir məsciddə və eyni zamanda namaz qıilrlar. Bunu da gözünüz götürmədi, bilirik. Bəs sizə bu sifarişi, dini savaşa yol açmagı öyrədənlərə niyə demirsiniz ki, bizə Suriyada, İraqda, İranda, Liviyada, nə bilim hansısa vilayətlərdə olan qardaş qırğınına oxaştmayanlardan uç nəfər varsa, biri də şeyxdir.
Allahşükür Paşazadənin yoxluğu hamını sızladar
Bir gün bütövlükdə Qafqazın şeyxi olan Allahşükür Paşazadə bu həyatda olmayacaq. O zaman bütün Qafqazda din cılızlaşacaq. Dini tolerantlığın nəbzi indiki kimi vurmayacaq. O zaman bütünQafqazın müsəlman aləmində kimin qabaqda və kimin arxada namaz qılmasını deyə bilməsəm də, bir onu deyirəm: bizlər heç vaxt bugünkü kimi rahat namaz qılmayacağıq... və onda namərdcəsinə, şərəfsizcəsinə söydüyünüz şeyxə rəhmət oxuyarsınız, şeyxi söydürən sahiblərinizin nəinki özlərinə, yeddi arxadan dönənlərinə lənət oxuyarsınız... millətindən və dinindən asılı olmayaraq. Çünkı qardaş müsəlman ölkələrində törətdikləri vətəndaş və dini ayri-seckilik qırğınları göz qabağındadı. Bütün bunlara rəğmən əgər həyasızcasına söydüyünüz bütün Qafqazın şeyxi sizin gözünüzdə Qafqazdan da böyukdursə, mənim gözümdə onun on qatı, yüz qatı qədər böyükdür...
Şeyxdə Peygəmbər səbri var
Mənim şeyxlə heç bir zaman canlı təmasım olmayıb. Onun Aqil Alışov adlı bir jurnalistin varlığından xəbəri olmayıb. Amma... o, mənim özünə, adına, soyadına, prezidentinə, ölkəsinə, vətəninə hörmət-izzəti ilə AĞAYANA ağsaqqalımdı. Əgər sizlər düşünürsünüz ki, SANCAQproductionda şeyx haqqında gedən bu tip səviyyəsiz yazılara görə şeyxin hansisa qohumu kimisə öldürəcək...və bu yolla şeyxi məhv edib, sonra da Azərbaycanda dini qarşıdurma yaradacaqsınız, vallahi, yanlış düşüncədəsiniz. Çünki bütün Qafqazın şeyxi Allahşükür Paşazadədə peyğəmbər səbri var. O, fanat deyil, radikal deyil, şəxsini dünya malına görə düşünən deyil...Onun bir adı var: AĞSAQQAL... Amma sizin adınıza gəldikdə...Azərbaycanda sancaqdan daha çox qadınlar istifadə edir! Deyin adınızı dəyişsinlər...
Aqil Alışov






Fikirlər