İcra başçısı kəndlilərə baş çəkdi - FOTOLAR

“İcra başçısı kəndlilərə baş çəkdi - Fotolar

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev xidmət təşkilatları ilə birgə həftə sonu Bala Bəhmənli, Mahmudlu, Kərimbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli kəndlərində sakinlərlə görüşüb.

İH-dən “AzerTaym.az”-a daxil olan xəbərə görə, görüş zamanı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani və pay torpaqlarından səmərəli istifadə olunması barədə prezidenti tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər vətəndaşlarla müzakirə olunub. Söhbət zamanı rayonda taxılçılığın inbkişafı, növbəti il üçün pambıq əkininə hazırlığın vəziyyəti zəhmət adamları müzakirə olunub, gələn il barama saxlayacaq kümçülərlə görüşülüb, barama saxlanılacaq yerlərə baxış keçirilib.

A. Alıyev sözügedən kəndlərdə həmçinin kənd sakinlərinin həyatyanı torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Məcburi köçkünlərlə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunub.

İcra başçısı kəndlilərə baş çəkdi - Fotolar
İcra başçısı kəndlilərə baş çəkdi - Fotolar






Fikirlər