İCRA BAŞÇISI bazarda oldu, qiymət artımı ilə MARAQLANDI - FOTOLAR

 


Füzuli rayon İcra Hakimiyyəti rayonda süni qiymət artımının qarşısının alınması məqsədi ilə aiddiyyəti qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir.
  Son günlər manatın məzənnəsinin aşağı düşməsi ilə qiymətlərin artmasını bəhanə edərək rayonda sabitliyi pozmaq cəhdlərinin qarşısı alınıb."AzerTaym.az" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Bala Bəhmənli kəndi ərazisində (Dörd yol adlanan yerdə) əsas bazarının yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olub, əhali ilə söhbət edib ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Alıcı satıcılarla söhbət zamanı müəyyən olub ki, hazırda rayon ərazisində 50 kq-lıq unun bir kisəsinin qiyməti 24 manatdır. Rayonun topdan və pərakəndə satış mağazalarında kifayət qədər un var və bu sahədə heç bir problem yoxdur. Alı Alıyev dörd yol adlanan ərazidə yerləşən bazarda və topdan satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ele də ciddi artım müşahidə edilmədiyi, rayonda süni mal qıtlığının mövcud olmadığı müəyyən edilib. 

İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.











Fikirlər