İsgəndər Həmidovun həyat yoldaşının yas mərasimi keçirilir - FOTO

İsgəndər Həmidovun həyat yoldaşının yas mərasimi keçirilir - FOTO

Sabiq daxili işlər naziri İsgəndər Həmidova ağır itki üz verib. 
Musavat.com xəbər verir ki, onun həyat yoldaşı Rəna xanım bu gün - dekabrın 23-də, səhər saatlarında dünyasını dəyişib. Rəna Həmidova xeyli müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Onun onkoloji xəstə olduğu bildirilir. 
Mərhumə bu gün saat 13.00-da Sulutәpә məzarlığında dəfn edilib.
Yas mәrasimi isә Badamdar qәsәbәsindә "Bәyoğlu" şadlıq evi ilә üzbәüz mәrasim zalında keçirilir. 
İ.Həmidova baş sağlığı verməyə gələnlər arasında Müsavat başqanı Arif Hacılı, Müsavat partiyasının eks başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, keçmiş siyasi məhbus Nemət Pənahlı, jurnalist Əvəz Zeynallı da var.
AzerTaym.az
Allah rəhmət eləsin. 
 
 











Fikirlər