Eks-deputat: “Məni konsul təyin edirlər?.. Allah ağzınızdan eşitsin”

Image result for Elton Məmmədov

“Ukraynanın Xarkov şəhərinə baş konsul təyin olunacağımla bağlı yayılan xəbərlər yalandır. Nə deyə bilərəm ki! Allah ağzınızdan eşitsin”.

Bunu açıqlamasında sabiq deputat Elton Məmmədov baş konsul təyin olunacağı ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Elton Məmmədov Ukraynanın Xarkov şəhərində keçirilən tədbirdən də söz açıb.

“Bu günlərdə, yəni, dekabrın 21-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Ukraynanın Xarkov şəhərində tədbirdə çıxış etmişəm. Hörmətli səfirimiz, konsulumuz da orada olub. Dünya azərbaycanlılarına həsr edilmiş möhtəşəm tədbir keçirildi. Dövlətimiz və xalqımız adından qonaqları təbrik etdik. Ola bilər ki, tədbirdə mənim də olduğumu görüb bu qənaətə gəliblər. Məgər, bir tədbirdə iştirak edəndə adamı baş konsul təyin edirlər?!”

Qeyd edək ki, Azxeber.com saytında sabiq deputatın yaxın günlərdə Ukraynanın Xarkov şəhərinə baş konsul təyin ediləcəyi barədə məlumat yer alıb.

AzerTaym.az 






Fikirlər